QURANDA HZ. İSAYA (Ə.S) TABE OLANLARIN QİYAMƏTƏ QƏDƏR İNKARÇILARA ÜSTÜN GƏLƏCƏYİ XƏBƏR VERİLİR

Əvvəlki bölmələrdə ətraflı araşdırdığımız "Ali-İmran" surəsinin 55-ci ayəsində hz. İsanın (ə.s) ölmədiyi ilə yanaşı, ikinci dəfə yer üzünə gəlişi də xəbər verilir. Ayədə belə buyurulmuşdur:

O vaxt Allah dedi: "Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali-İmran surəsi, 55)

Allah ayədə qiyamətə qədər inkarçılara üstün gələn və hz. İsaya (ə.s) həqiqətən tabe olan bir cəmiyyətin varlığını bildirir. Hz. İsa (ə.s) həyatda olarkən ona tabe olanların sayı çox az idi və onun Allah Qatına yüksəlişinin ardınca sürətlə dində degenerasiya başladı. Sonrakı iki əsr ərzində də hz. İsaya (ə.s) iman gətirənlər (isəvilər) şiddətli təzyiqlərə məruz qaldılar. Hətta isəvilərin heç bir siyasi gücü də yox idi. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların inkarçılara üstün gəldiklərini və bu ayənin onlara işarə etdiyini söyləyə bilmərik. İndiki vaxtda isə xristianlığın dəyişdirildiyini, hz. İsaya (ə.s) endirilən haqq dindən fərqli bir dinə çevrildiyini görürük. Xristianlar arasında hz. İsanın (ə.s) Allah'ın oğlu olduğu şəklindəki (Allah'ı tənzih edirik) azğın inanc mənimsənilmiş və üçləmə əqidəsi (Ata, oğul, müqəddəs ruh) qəbul edilmişdir. Bu halda dinin əslindən xeyli uzaqlaşmış indiki xristianları da hz. İsaya (ə.s) tabe olanlar kimi qəbul edə bilmərik. Çünki Allah Quranın bir çox ayəsində "üçləmə" inancına inananların inkar içərisində olduqlarını bildirmişdir:

"Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür!"– deyənlər artıq kafir oldular. Halbuki, Bir olan İlahdan başqa heç bir ilah yoxdur. ... (Maidə surəsi, 73)

Bu halda "sənə tabe olanları qiyamətə qədər inkarçılardan üstün edəcəyəm" ifadəsi açıq-aydın bir işarədir. Deməli, hz. İsaya (ə.s) tabe olan və qiyamətə qədər yaşayan bir cəmiyyət mövcud olacaq. Belə bir cəmiyyət şübhəsiz ki, hz. İsanın (ə.s) yer üzünə təkrar gəlişi ilə ortaya çıxacaq və təkrar dünyaya gəlişi əsnasında bu mübarək insana tabe olanlar qiyamətə qədər inkarçılardan üstün olacaqlar. (Ən doğrusunu Allah bilir.) Bu məlumatı bildirən başqa bir ayə də "Səff" surəsinin 14-cü ayəsidir:

Ey iman gətirənlər! Allah'ın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: "Allah yolunda kimlər mənə köməkçi olacaq?"– demiş, həvarilər də: "Bizik Allah'ın köməkçiləri!"– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. (Səff surəsi, 14)

Yuxarıdakı ayədə hz. İsanın (ə.s) yaşadığı dövrdə insanların bir hissəsinin iman gətirib, bir hissəsinin isə iman gətirmədikləri aydın olur. Ayədə cümlənin sonunda bildirilən "Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər" hökmü ilə isə hz. İsaya (ə.s) inananların üstün gəldikləri bir dövr xəbər verilir.

Bu dövr təxmini olaraq hz. İsanın (ə.s) qiyamətdən əvvəl yenidən yer üzünə gəldiyi dövrdür. Bu dövrdə hz. İsa (ə.s) həqiqi din əxlaqını bütün dünyaya hakim edəcək və Allah'ın izni ilə, iman gətirənlər inkarçılara üstün gələcəkdir. Ola bilsin ki, bu ifadə ilə axırzamanda iman gətirənlərin inkarçılara üstün gələcəkləri bildirilir. (Ən doğrusunu Allah